Bolton Türkiyəyə gedir

Bolton Türkiyəyə gedir

Birləşmiş Ştatların milli təhlükəsizlik müşaviri John Bolton işğalçı İsrail və Türkiyəyə səfər edəcəyini, ABŞ hərbçilərinin Suriyadan çıxarılmasını, Vaşinqton və müttəfiqlərinin İranın regiondakı “ziyanlı davranışı”nı necə önləyəcəyini müzakirə edəcəyini deyir.
 
Yanvarın 3-də yazdığı tvitində Bolton qeyd edib ki, İslam Dövləti (İŞİD) qruplaşmasının regionda “yenidən baş qaldırmasını” önləməyin yollarını da götür-qoy edəcək.
 
Bolton yazıb ki, onu Türkiyədə danışıqlarda donanma generalı, baş qərargah rəisi Joseph Dunford müşayiət edəcək.
 
ABŞ Prezidenti Donald Trump dekabrın 19-da verdiyi qərarla konqresmenləri və hərbi liderləri təəccübləndirib. O, Suriyadakı 2 min ABŞ hərbçisinin hamısının çıxarılacağını bildirib.
 
Ancaq Trump son günlər qərarın icrasını səngidib, çıxarılmanın tədricən baş verəcəyini deyib.  /azadliq.org /
 

Google+ WhatsApp ok.ru