Borçalıda əzadarlıq mərasimi - FOTO

"Əhli-Beyt (ə) Cəmiyyəti" nin və "Əhli-Beyt Aşiqləri" Forumunun birgə təşkilatçılığı ilə Marneulidə, "Əhli-Beyt (ə)" Hüseyniyyəsində Böyük İslam Peyğəmbəri Hz. Muhəmmədin (s) rehləti və İmam Həsən Müctəbanın (ə) şəhadəti münasibətiylə matəm mərasimi keçirilib.  Bu haqda  "Əhli-Beyt Aşiqləri" Forumundan məlumat verilib.
Məlumaat görə, tədbir Elçin Daşdanzadə tərəfindən açıq elan olunduqdan sonra, Fuad Isayev tərərfindən Quran tilavət olunub.
Sonra söz Turkiyədən Gürcüstana səfərə gəlmiş Əhli-Beyt (ə) alimləri birliyinin üzvü və "On4" TV-nin müdürü Musa Aydına verilib. Musa Aydın Rəsuli-Əkrəmin (s) Qurandakı yüksək səviyyəli məqamından və Əhlibeytə (ə) edilmiş zülmlərdən danışıb.
Daha sonra  Əhli-Beyt (ə) məddahı Seyid Taleh Boradigahi rövzə mərsiyyələr oxuyub. islamazeri /

 

 

Google+ WhatsApp ok.ru