Borçalıda mövludlar münasibətilə su aksiyası - Foto

“Əhli-Beyt (ə)" Cəmiyyətinin təşkilatçılığı ilə bu gün Marneuli şəhərində su aksiyası keçirilib. 

Maide.Az   "Ahlibeyt.ge"yə istinadən xəbər verir ki, Gürcüstanının Marneuli şəhərində, “Əhli-Beyt (ə)" Cəmiyyəti təşkilatçılığı ilə İmam Hüseyn (ə), İmam Səccad (ə) və Kərbəla qəhrəmanı Həzrət Əbülfəzl Abbasın (ə) mövludları münasibəti ilə su aksiyası keçirilib. Artıq bir neçə ildir ki bu təvəllüd günləri, ənənəvi olaraq su aksiyası ilə qeyd edilir. 

Bu ildə ənənəyə sadiq qalaraq şəhərin iki yerində təmənnasız olaraq əhaliyə sərin su və İmam Hüseyn(ə), İmam Səccad(ə) və Həzrət Əbülfəzlin həyatları haqqında yazılmış bükletlər paylanılıb.
 
 
 

Google+ WhatsApp ok.ru