Borcları olmasa da 2 gündür ki, işıqsız qalıblar - VİDEO

Borcları olmasa da 2 gündür ki, işıqsız qalıblar - VİDEO

 
Bakının Nizami rayonunda yaşayan Hacıyevlər ailəsi iki gündür işıqsız qalıb. Borcu olduğuna görə dünən səhər mənzilin işıği kəsilib. Borclarını təcili ödəsələr də dünəndən elektrik enerjisinin verilişi bərpa edilməyib.
 
Ailə üzvləri deyir ki, dünəndən Azərişıq Açıq Səhmdar Cəmiyyətinin qaynar xəttinə zəng vursalar da cavab verən olmayıb.
 
Növbəti zəngdə isə cavab verməmək bir yana, zəngi rədd ediblər.
 
Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanriverdi Mustafayev bildirib ki, enerjinin bərpa olunmamasına səbəb içşilərin işinin çox olmasıdır. (xezerxeber) /
 

Google+ WhatsApp ok.ru