Boris Nemtsovun qətli ilə bağlı yeni istintaq materailları açıqlanıb

Rusiyanın müxalif yönümlü siyasətçisi Boris Nemtsovun qətli ilə əlaqədar qrup 2015-ci ilin yanvar ayında təşkil edilib.
 
Trend-in məlumatına görə, bunu Rusiyanın lenta.ru internet qəzeti “Rosbalt” informasiya Agentliyinin işlə bağlı araşdırma materiallarına istinadən bildirib.
 
İstintaq məlumatlarına görə, gələcək qurbanın izlənilməsinə fevral ayından başlanılıb.
 
İlkin müşahidələri hazırda qətlə görə şübhəli bilinən və artıq həbs edilmiş 3 nəfər - Anzor Qubaşev, Zaur Dudayev və Bislan Şavanov və “naməlum şəxslər aparıb. Nemtsovun yaşayış yerinin və hərəkət marşrutunun öyrənilməsi üçün xüsusi olaraq, əldə edilən ZAZ Sens avtomobilindən istifadə edilib.
 
Rusiyanın İstintaq Komitəsində hesab edilir ki, bu qrupa daha sonra Temirlan Əsgərxanov, Həmzət Baxayev, Şadid Qubaşev qoşulub.Onların əsas vəzifəsi qətlin baş verməsi üçün informasiyalara əldə etmək, Nemtsvoun ölümündən sonra cinayətkarları gözlətmək, onların Moskva və Moskva vilayətindən getməsini təmin etməkdir./

Google+ WhatsApp ok.ru