Borrel: Rusiya, Çin və Türkiyə oyun qaydalarını dəyişdirməyə çalışır

Borrel: Rusiya, Çin və Türkiyə oyun qaydalarını dəyişdirməyə çalışır

Rusiya, Çin və Türkiyə Avropaya qarşı oyun qaydalarını dəyişdirməyə çalışır.
 
Bunu AB Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə komissar Josep Borrel Fransanın həftəlik "Le Journal du Dimanche" qəzetində yayımlanan məqaləsində bildirib.
 
Borrel bildirib ki, Moskva, Pekin və Ankaranın üç ortaq xüsusiyyəti var:
 
"Onlar xaricdən suveren, daxildən avtoritardırlar, nüfuz  dairələri yaratmağa çalışırlar və dünyadakı oyun qaydalarını dəyişdirmək istəyirlər. Suveren dövlətlər getdikcə daha çox xalqın iradəsinə qarşı çıxmağa başlayır. Məsələn Belarusda beynəlxalq dəstəyi əngəlləməyə çalışırlar. Çin Honkonq və Sincan Uyğur Muxtar Bölgəsindəki vətəndaşların azadlıq hüququnu pozur. 
 
Rusiya, Belarusdakı vəziyyətə müdaxilə etmək hüququna sahib olduğuna inanır və Avropanın mülki əhaliyə dəstəyini əngəlləməyə çalışır".
 
Borrelin sözlərinə görə, Ukrayna ssenarisinin Belarusda təkrarlanmasına imkan verilməməlidir.
 
Türkiyəyə gəlincə, Borrellin fikrincə bu ölkə Aralıq dənizindəki vəziyyətlə bağlı fərqli metodlar irəli sürməyə çalışır. 
 
"Türkiyə özünü bölgədə böyük oyunçu kimi formalaşdırmağa çalışır. Lozanna Sülh Müqaviləsinin ildönümündə Ayasofyanın məscidinə çevrilməsi təsadüfi deyil", o qeyd edir. /SalamNews 

Google+ WhatsApp ok.ru