`Borussiya`nın hücumçusunun “Barselona”ya keçidi rəsmiləşib

`Borussiya`nın hücumçusunun “Barselona”ya keçidi rəsmiləşib

Bu transfer 105 milyon avroya başa gəlib

Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçusu Usman Dembelenin İspaniya “Barselona”sına keçidi rəsmiləşib.
 
20 yaşlı fransalı hücumçu bu gün rəsmi müqaviləyə qol çəkib. Sözləşmənin müddəti barədə məlumat verilmir.
 
“Barselona”nın onun transferi üçün Dortmund təmsilçisinə 105 milyon avro ödədiyi bildirilir.
 
Futbolçunun sərbəst qalma qiyməti isə 400 milyon avro təyin edilib.
 
Qeyd edək ki, Usman Dembele 12 may 2016-cı ildə 15 milyon avro qarşılığında Fransanın “Renn” klubundan “Borussiya”ya keçib. O, ötən mövsüm iştirak etdiyi 32 oyunda 6 qol vurub. (report) /

Google+ WhatsApp ok.ru