Bosniyada Dünya Hicab Günü ilə bağlı qadınlar yürüş keçirib

Bosniyada Dünya Hicab Günü ilə bağlı qadınlar yürüş keçirib

-- Yürüşdə iştirak edən qadınlar...

Xəbər verdiyimiz kimi, dünən - 1 fevral Dünya Hicab Günü kimi qeyd edilib.
 
Maide.Az "Dünya Bülteni"nə istinadən xəbər verir ki, bu məqsədlə qadınlar Bosniya və Hersoqovinanın Velika Kladusa şəhərində yürüş keçiriblər.
 
Qadınların əsas tələbi hicaba qarşı önyarqıların aradan qaldırılması olub.
 
İslam Birliyi Velika Kladusa Məclisi Ailə və Nikah Şöbəsinin koordinatoru Asmira Milykoviç Nadareviç bildirib ki, qadınların hicab haqqını heç kim əllərindən ala bilməz.
 
Yürüşdə iştirak edən qadınlar illərdir hicab taxdıqlarını və bunun onlara heç bir əngəl yaratmadığını deyiblər.
 
Şəhər Məclisinin digər nümayəndəsi Osman Nadareviç isə dövlət qurumlarında çalışan hicablı qadınları dəstəklədiklərini vurğulayıb.
 
Qeyd edək ki, Dünya Hicab Günü 2013-cü ildən etibarən ABŞ-da yaşayan Banqladeş əsilli Nazma Xan tərəfindən başladılıb. O hicab taxdığı üçün qarşılaşdığı çətinləklərə etiraz olaraq bu addımı atıb.  Həmin gün dünya üzrə milyonlarla qadına hicab barədə məlumatlar verilir və onlar müxtəlif tədbirlərdə iştirak etməyə dəvət edilir.
 
 

 

Google+ WhatsApp ok.ru