`Boz maaş`lar

`Boz maaş`lar

"Exo" qəzetində isə ""Boz maaşlar" üzündən Azərbaycan nə qədər itirir" sərlövhəli məqalə diqqət çəkir. Yazıda qeyd edilir ki, dövlət idarə və müəssisələrində vergidən kənar, "zərf"lərdə işçilərə maaşlar verilir. Mövzu ekspertlərlə müzakirə edilir.
 
Azərbaycan qanunvericiliyi idarə və müəssisələrdə işçilərə, vergidən kənar, «zərf»lərdə maaş verilməsini qadağan edir. Amma qəzetə danışan ekspertlərə görə, bu məsələ ilə heç də mübarizə aparılmır: ""İkili mühasibat" problemi var. Belə ki, əməkdaş maaşının cüzi hissəsini rəsmi alır. Böyük hissəsini isə ona "zərf"də ödəyirlər".
 
Müəllif "zərf"də alınan pulu "boz maaş" adlandırır.
 
Ekspert Nəriman Ağayev isə qəzetə deyib ki, ölkədə 1 milyondan çox şəxs əmək müqaviləsi olmadan çalışır. Onların aldıqları maaşlar heç bir yerdə qeydə alınmır: "Buna görə də, pensiya fondu bundan ildə bir milyard manata yaxın itirir".
 
Ekspertlərin fikrincə, bu sahədə vəziyyətin dəyişməsindən ötrü əmək müfəttişlərinin fəaliyyəti gücləndirilməli, hüquq-mühafizə orqanları ciddi addımlar atmalıdır. /

Google+ WhatsApp ok.ru