BP-nin gəlirləri azalıb

BP şirkəti bu gün cari 2015-ci ilin ilk rübündə gəlirlərinin 26% azaldığından xəbər verib.
Maide.az beynəlxalq KİV-lərə istinadən məlumat verir ki,  cari ilin ilk rübündə BP şirkətinin xalis gəliri 2 milyard 600 milyon dollara qədər azalıb. Halbuki bu rəqəm ötən ilin oxşar dövründə 3 milyard 500 milyon dollar olmuşdu. 
BP-nin icraçı direktoru Bob Dadli deyib ki, biz neftin qiymətinin dünya bazarında ucuzlaşmasından qaynaqlanan zərər və ziyanları önləmək üçün bir mexanizm hazırlamaqla məşğuluq. 
BP və digər neft şirkətləri dünya bazarında neftin qiymətinin ucuzlaşmasına görə, öz investisiyalarının miqdarını azaldıblar./
 

Google+ WhatsApp ok.ru