BP Azərbaycandan çıxardığı neftin həcmini açıqladı

“Azəri-Çıraq-Günəşli” yatağından (AÇG) ilk neft hasilatından bəri ümumilikdə təqribən 2,7 milyard barel xam neft hasil edilib.
 
Bu barədə məlumat “BP-Azerbaijan” şirkətinin 2015-ci ilin I rübünün biznes əməliyyatları hesabatında qeyd olunub.
 
Şirkətin məlumatına görə, 2015-ci ilin 3 ayı ərzində yatağdan neft hasilat (min barel/gün) 661 min barel olub.
 
Ümumilikdə isə 3 ay ərzində neft hasilatı isə 8 milyon ton olaraq qeydə alınıb.
 
Müvafiq dövrdə AÇG-yə çəkilən əməliyyat məsrəfləri 0,16 milyard dollar, əsaslı məsrəflər isə 0,47 milyard dollar təşkil edib.
 
Bundan başqa, “Azəri-Çıraq-Günəşli” yatağında yanvar-mart ayları ərzində 4 quyu istismara verilib.

Google+ WhatsApp ok.ru