BQXK: Azərbaycan hərbçisinin meyiti neytral ərazidən götürülüb 20 Fevral 2020 11:11 Qarabağ xəbərləri Beynəlxaql Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan Ordusunun hərbçisinin meyitinin neytral ərazidən götürülməsi barədə yayılan xəbərləri təsdiqləyib. BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya açıqlamasında bildirib ki, fevralın 19-da tərəflərin müraciəti və razılaşması ilə BQXK Azərbaycan-Ermənistan sərhəddində həlak olan şəxsin nəşinin ərazidən götürülməsi əməliyyatında neytral vasitəçi kimi iştirak edib. Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Ordusunun hərbçisi Akif Elşən oğlu Abbasov itkin düşüb. İtkin düşən hərbçinin meyiti bir neçə gün əvvəl Azərbaycan-Ermənistan sərhəddində neytral ərazidə tapılıb. Teqlər : #BQXK,#QızılXaçKomitəsi,#ordu,#əsgər,#şəhid , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qaradağlı faciəsindən 28 il ötür Şəhidimiz torpağa tapşırıldı
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni