İBRƏT GÜZGÜSÜ

İBRƏT GÜZGÜSÜ

Biz insanlarhər birimiz müxtəlif yönlərdən yaşa-dığımız topluma sıx bağlıyıq. Həmçinin, bu günkü cəmiyyətimiz zəncirvari bir silsilə ilə yer üzündə yaşamış xalqlarla ayrılmaz bir bağlılığa malikdir. Bəşərin ictimai bağlılığı bir tərəfdən, tarixi bağlılığı digər tərəfdən insan həyatına xüsusi rövnəq verib onun qarşısında müəyyən məsuliyyətlər qoyur.

Quran hər yerdə insana ictimai bir mövcud olaraq xitab edir, onun vəzifəsini bu xüsusiyyətinə əsasən müəy-yənləşdirir. İctimai bağlılığın möhkəm ayrılmaz olduğunu bəyan edən ilahi ayələr daha irəli gedərək bütün möminləri qardaş bir ailənin üzvü hesab edir; insa-niyyət dünyası üçün olduqca gözəl dərin olan bu şüarı seçir: Həqiqətən `minlər qardaşdırlar.” (Hucurat”, 10)

Google+ WhatsApp