İbrahim Əl-Xəlil məscidi UNESCO-nun dünya irsi siyahısına daxil ediləcək

İbrahim Əl-Xəlil məscidi UNESCO-nun dünya irsi siyahısına daxil ediləcək

Fələstinin Əl-Xəlil şəhərinin qədim hissəsi və İbrahim Əl-Xəlil məscidi UNESCO-nun Dünya irsi siyahısına daxil edilə bilər.
 
Maide.Az “İslam.ru” saytına istinadən xəbər verir ki, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) iyunun 7-də Polşada keçirilən iclasında bu məsələyə baxacağını açıqlayıb. 
 
Məlumatda bildirilir ki, İbrahim Əl-Xəlil məscidinin yerləşdiyi qədim şəhərin UNESCO-nun dünya irsi siyahısına daxil edilməsi ilə bağlı layihənin direktoru Ala Şahin belə danışıb: "Fələstin administrasiyası Dünya İrs Komitəsinin bütün tələblərinin yerinə yetirilməsini təmin edib".
 
Qeyd edək ki, UNESCO-nun Dünya Miras Komitəsinin Polşanın Krakov şəhərində keçirilən iclasında həmçinin Fələstin nümayəndə heyəti tərəfindən təqdim edilən şikayətə də baxılıb. Qərar qəbul olunub ki, İşğalçı İsrail rejim Qüds və ətraf ərazilərə hakim olmaq ixtiyarında deyil. İsrailin qədim şəhərdə arxeoloji qazıntılar aparması da qınanılıb. 
 
Səsvermə yolu ilə təsdiqlənən qərara əsasən, İsrail Şərqi Qüds başda olmaqla, ətraf ərazilərdə bundan sonra qazıntılar apararsa, hər hansı layihələr hayata keçirərsə, bu artıq beynəlxalq hüquqa zidd hərəkət kimi dəyərləndirəcək.
 
İşğalçı rejim İsrail isə UNESCO-nun bu qərarından sonra bu təşkilatla əməkdaşlığı dayandırdığını bildirib. /

Google+ WhatsApp ok.ru