İbrahim Cəfəri:  Dünyanın 140 ölkəsindən terrorçular İraqda İŞİD sıralarnda vuruşurdu

İbrahim Cəfəri: Dünyanın 140 ölkəsindən terrorçular İraqda İŞİD sıralarnda vuruşurdu

-- İŞİD həm şiə və həmdə sünninin düşmənidir

İraqın xarici işlər naziri  İbrahim Cəfəri  London Diplomatik Sammitdə çıxışında bildirib ki,  dünyanın 140 ölkəsindən  o cümlədən ABŞ və Britaniyadan terrorçular  İraqda İŞİD sıralarında  vuruşurdu. 
 
Maide.Az  beynəlxalq KİV-lərə istiandən xəbər verir ki,  İ.Cəfəri Londonun Regents Universitetində   Qlobal Diplomatik Forumun London Diplomatik Sammitində çıxışı zamanı bildirib ki, terrorizm  beynəlxalq bir fenomendir, dini və miliyyəti yoxdur.
 
Bu səbəbdən  idi ki, xalqın canfəşənalığı,  ordu, İraq Kürd pişmərgələri, polis,  ölkənin terrora qarşı  qüvvələri,  bir çox qurumlar, eləcədə  İraqın qonşu və dost ölkələri İraqlılara İŞİD-i  məhv etmək üçün yarıdm etdi. 
 
İ.Cəfəri deyib ki, terrorçular  ABŞ, Britaniya, Şərqi Asiya,  Fars Körfəzi və digər ölkələrdən İraqa gəlmişdi və İŞİD sıralarında  ölkənin 3 böyük əyalətində  (İraqın təqribən dördə bir hissəsində)  vuruşurdular. 
 
İ.Cəfəri  İraq  Həşd Şəbi Könüllü Xalq Qüvvələri ilə bağlı  sualın cavabında deyib ki,  bütün ölkələrdə o cümlədən İngiltərdə  əcnəbi qüvvələrin hücumu zamanı və işğal baş verdikdə  xalq könüllü qüvvələri müqavimət qrupları yaradır və ölkəni müdafiə edir.  “Həşd Şəbi  İŞİD-lə mübarizədə effektli çıxış edib və parlamentin qəbul etdiyi qərara əsasən İraq Milli Ordusunun bir parçası olaraq xalqın etimadını qazanıb.”
 
İraq XİN rəhbəri deyib ki, heç bir şəxs və ya əcnəbi dövlətə  Həşd Şəbi haqqında danışmağa icazə verməyəcəyik. “Qərb ölkələrinin KİV-ləri  necə ki,  İŞİD terror qruplaşmasının hücumlarını şiə - sünni müharibəsi kimi qələmə verməyə çalışırdı, eləcədə Həşd Şəbinin rolu ilə bağlı yalnış məlumatlar yayırlar.  İŞİD jhəm sünni və  həmdə şiənin düşmənidir və İraqdakı bütün xalqlar İŞİD-in qurbanına çevrilib.  HƏşd Şəbi  qüvvələri də məzhəb üçün deyil, İraqda Milli hakimiyyət üçün  vuruşur”. 
 

Google+ WhatsApp ok.ru