Braziliyada 115 milyon il yaşı olan zanbağ aşkarlanıb - FOTO

Braziliyada 115 milyon il yaşı olan zanbağ aşkarlanıb - FOTO

Braziliyada tədqiqatçılardan ibarət beynəlxalq qrup 115 milyon il yaşı olan “Cratolirion bognerianum” zanbağını aşkar edib.
 
Bu barədə “Report” “Nature Plants” jurnalına istinadən xəbər verir.
 
Zanbağ elmə məlum olan ən qədim birfilqəli bitkilər fəslinə aiddir. Bura həmçinin səhləblər, inciçiçəyilər və bəzi otlar da daxildir. İllər ötməsinə baxmayaraq, qədim zanbağ köklərinin, gülünün və ayrı-ayrı hüceyrələrinin daşa dönməsi sayəsində qalıb.
 
Gülün hündürlüyü 40 santimetrə çatır. Alimlər rentgenin köməyi ilə zanbağın əsas gövdəsinin firuzə rəngində, yarpaqlarının tünd yaşıl, amma ləçəklərinin narıncı rəngə malik olmasını müəyyənləşdiriblər.
 

Google+ WhatsApp ok.ru