Braziliyada daşqın və torpaq sürüşməsindən 18 nəfər ölüb

Braziliyanın San Paulu şəhərində baş verən daşqın və torpaq sürüşməsi nəticəsində 18 nəfər ölüb.
 
Maide.az RİA Novosti-yə istinadən xəbər verir ki, San Paulu şəhərinə və ətraflarına leysan yağışlar yağıb, çox yerdə torpaq sürüşmələri baş verib, ölənlərin əksəriyyəti məhz sürüşmənin qurbanı olub, bir neçə nəfər suda boğulub.
 
İtkin düşənlərin çox olduğu bildirilsə də, onların sayı barədə məlumat verilmir./
 

Google+ WhatsApp ok.ru