Braziliyalı azarkeşlər şəhərləri yandırır

Dünya Çempionatının yarımfinalında Braziliya yığmasının Almaniyaya 7:1 hesabı ilə uduzmasından sonra qəzəbləmiş azarkeşlər ölkədə bir neçə şəhəri viran qoyublar. San-Paulu şəhərində azarkeşlər bir neçə avtobus və maşın yandırıb. Polisin son məlumatlarına əsasən oyun bitdikdən sonra naməlum qrup 2 avtobus yandırıb. Eləcə də yerli mağazalardan oğurluq hadisələri də qeydə alınıb. Bunula belə polis bir neçə asayiş pozucusunu yaxalaya bilib.
 
Resifi şəhərində isə oyunun bitməsini gözləməyiblər. Braziliyalıların oyunun 29-cu dəqiqəsində 5 cavabsız qol buraxması ilə iğtişaşlara start verilib.
 
Riodada 5-ci qoldan sonra azarkeşlər artıq tribunanı tərk etməyə başlayıblar. Küçələr qarışmağa başlayıb. Hirsli tərəfdarları polis sakitləşdirməyə çalışsa da, bacarmayıb. Atəş yandırıb barrikada quran tərəfdarlar polisi daş yağışına tutub.
 
Qeyd edək ki, Almaniya Braziliya matçı Bakı vaxtı ilə çərşənbə axşamına keçən gecə Belu-Orizontidə baş tutub və fantastik 7:1 hesabı ilə Almaniya yığmasının xeyrinə bitib. 
 
Artıq Almaniyadan sonra ikinci finalçı Argentina və Hollandiya oyunundan sonra müəyyənləşəcək. Oyun Bakı vaxtı ilə 10 iyul saat 01:00-da baş tutacaq. Final isə 13 iyul saat 00:00-da olacaq.

Google+ WhatsApp ok.ru