Braziliyalı futbolçuların ölümündə günahkar olan aviaşirkətin rəhbəri saxlanılıb 07 Dekabr 2016 02:00 Dünya Ümumilikdə 6 nəfərə qarşı istintaq aparılır Təyyarəsi Kolumbiyada qəzaya uğrayan "LaMia" aviaşirkətinin baş direktoru Qustavo Varqas Qamboa Boliviyada şirkətin iki əməkdaşı ilə birlikdə saxlanılaraq Santa Krus prokurorluğuna aparılıb. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, ümumilikdə 6 nəfərə qarşı istintaq aparılır, onlardan üçünə qarşı həbs qətimkan tədbiri seçiləcək. Həmçinin "LaMia"nın həmsahiblərindən olan Marko Roçiyə qarşı da istintaq gedir. Şirkətin üçüncü həmsahibi, pilot Migel Kiroqa təyyarə qəzasında həlak olub. O, təyyarəyə əlavə yanacaq doldurmamasına fikir verməyərək səhlənkarlıq etməkdə şübhəli bilinir. Qeyd edək ki, ekspertlər artıq qəzanın səbəbi kimi laynerin çənində yanacağın olmamasını göstərib. Xatırladaq ki, Kolumbiyanın Medelyin şəhərində baş verən qəza nəticəsində Braziliyanın "Şhapekoense" futbol komandasının üzvləri həlak olub. / Teqlər : #Braziliyalı futbolçuların ölümündə günahkar olan aviaşirkətin rəhbəri saxlanılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ərbəin yürüşü günlərində 20 terror qruplaşması zərərsizləşdirilib İran ABŞ Konqresinin qərarı ilə bağlı BMT-nin baş katibinə etiraz məktubu ünvanlayıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO