Braziliyanın səfiri Həzrət Əbülfəzl Abbasın (ə) hərəmini ziyarət etdi

Braziliyanın səfiri Həzrət Əbülfəzl Abbasın (ə) hərəmini ziyarət etdi

Braziliyanın İraqdakı yeni səfiri Miqel de Mqalhaes Kərbəla şəhərində Həzrət Əbülfəzl Abbasın (ə) hərəmini ziyarət edib.
 
Fevralın 22-də Həzrət Əbülfəzl Abbasın (ə) hərəminə gələn səfir hərəmin ictimaiyyətlə əlaqlər idarəsinin rəsmilərilə görüşüb. Görüşdə səfir Miqel de Mqalhaesə Həzrət Əbülfəzl Abbasın (ə) hərəminin gördüyü işlər, layihələr, hərəmin genişləndirilməsi işləri Al-Kafeel müzeyindən danışılıb. Daha sonra səfir Həzrət Əbülfəzl Abbasın (ə) qəbrini ziyarət edib və Al-Kafeel müzeyinə baş çəkib.
 
"Ölkəmin İraq Respublikasına fövqəladə və səlahiyyətli səfiri kimi, Kərbəla şəhərinə mənim ilk səfərimdir və mən qədim, eləcə də mənəvi atmosferli bu məkanda olmağımdan xoşbəxtəm", - deyə səfir bildirib. (deyerler) /
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru