Britaniyada müsəlman məktəbi davamiyyətə görə birinci oldu...

Britaniyada müsəlman məktəbi davamiyyətə görə birinci oldu...

Böyük Britaniyada orta məktəblər üçün tərtib edilmiş davamiyyət reytinqi ingilislər üçün gözlənilməz nəticələrlə yekunlaşıb.
 
“Faynenşil Tayms”(“Financial Times”) nəşrinin yaydığı məlumata görə, ölkədəki bütün təhsil müəssisələri arasında birinci yeri qızlar üçün bir müsəlman məktəbi tutub.
 
Hicab taxan 120 gənc müsəlman Blekbörn şəhərindəki “Tovhidul-İslam” məktəbində oxuyur. Bu qızlar başlarındakı örtüklərin təhsildə davamiyyətə mane olmadığını əməldə sübut edirlər...
 
"Bu, yalnız iş etikasına görə deyil, həm də müəllimlər, digər işçilər və tələbələr tərəfindən nümayiş olunan bir həmrəylik duyğularına görə qeyri-adi məktəbdir. Xüsusilə fəxr edirik ki, yoxsul ailələrdən olan qızlar və ibtidai məktəbdə oxumaqda çətinlik çəkənlər bu cür irəliləyiş göstərdilər" - deyə müsəlman məktəbini idarə edən fondun direktoru Həmid Patel vurğulayıb./Moderator.az/
 

Google+ WhatsApp ok.ru