Bəqərə, 49. Və (yadınıza salın) o zaman(ı) ki, sizə ən ağır işgəncələr verən – oğlanlarınızın başlarını bir yerdə kəsən, qadınlarınızı isə diri saxlayan fironçulardan (onların caynağından) nicat verdik. Bu işdə (sizin üçün) Rəbbiniz tərəfindən böyük bir imtahan var idi.

Əli ibn Əbi Talib (ə):
Dörd şeyi bilən dörd şeydən ümidini kəsməz:
1. Dua etməsinə əmr olunan şəxs, dualarının qəbul olmasından ümidsiz olmaz.
2. Tövbə etməyə çağrılan şəxs, tövbəsinin qəbul olmasından ümidsiz olmaz.
3. Bir şəxs bağışlanmaq tələb etməyə vadar olunubsa, bağışlanmaqdan ümidsiz olmaz.
4. Bir şəxsə şükür etmək öyrədilibsə, o, nemətlərin çoxalmasından ümidsiz olmaz.



Britaniyalı alimlər aritmiyanı yüksək dəqiqliklə aşkar edən alqoritm yaradıb

Tarix : 14-07-2017 16:13

Aritmiya tibdə çox mübahisəli hal sayılır, çünki onun bəzi növləri, demək olar ki, zərərsizdir: ürək ritminin pozulmasından əziyyət çəkən bir çox insanlar uzun illər yaşaya bilərlər, halbuki bu patologiyanın başqa növləri ciddi təhlükədir və hətta ölümə səbəb ola bilər.
 
Maide.İnfo “ICTnews”a istinadən xəbər verir ki, buna görə müasir və dəqiq diaqnoz indiki halda son dərəcə mühümdür. Stenford Universitetinin alimlərdən ibarət komandası aritmiyanın diaqnozu üçün effektiv üsul ixtira edib. Belə ki, alimlər aritmiyanın 14 tipini aşkar edən neyron şəbəkəsinə əsaslanan alqoritm yaradıb. Testlərin nəticələrinə əsasən, demək olar ki, yeni alqoritmin işi peşəkar kardioloqlardan geri qalmır.
 
Alimlər süni intellekti öyrətmək üçün ürək çatışmazlığının monitorinqi üçün cihazların yaradılması ilə məşğul olan “iRhythm” şirkəti tərəfindən təqdim edilmiş verilənlər bazasından istifadə ediblər. Məlumata görə, bu məlumatlar real diaqnostik prosedurlar zamanı toplanılıb. Elektrokardioqrafiya aritmiyanın mövcudluğunu həmişə düzgün göstərmədiyinə görə, Qərbdə həkimlər pasiyentin nəbzini fasiləsiz 2 həftə izləməyə imkan verən daşınan elektrokardioqrafik qurğulardan istifadə edir. Britaniyalı alimlər bu məlumatlardan istifadə edib.
 
Onların sözlərinə görə, neyron şəbəkəsinin öyrədilməsinə 7 ay vaxt sərf edilib. Nəticədə süni intellekt elektrokardioqrafiyanın nəticələrinə görə aritmiyanın 14 tipini aşkar etməyi öyrənib.
 
Testlərin nəticələrinə görə, məlum olub ki, alqoritmin işi kardioloqlardan geri qalmır. Bundan başqa, alqoritm bəzi hallarda aritmiyanın iki oxşar tipini yüksək dəqiqliklə bir-birindən ayırıb: onlardan biri həyat üçün təhlükəlidir. /


Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
03:50
05:29
12:47
20:20
23:58
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.