Britaniyalı alimlər sentyabra qədər koronavirusa qarşı vaksin hazırlamağı planlaşdırırlar

Britaniyalı alimlər sentyabra qədər koronavirusa qarşı vaksin hazırlamağı planlaşdırırlar

Oksford Universitetinin tədqiqatçıları sentyabr ayında koronavirusa qarşı vaksini təqdim etməyi planlaşdırırlar.
 
Maide.Az Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə vaksinin axtarışı ilə məşğul olan komandanın rəhbəri, Universitetin professoru Sara Gilbert deyib.
 
S.Gilbert bildirib ki, o, nəticələrin payızın əvvəli təqdim ediləcəyindən 80 faiz əmindir.
 
Qeyd edək ki, mart ayında Oksford Universitetində vaksinin yalnız ilin sonuna hazır olacağını deyirdilər. Lakin hazırda alimlər vaksinin insanlar üzərində testlərinin yaxın iki həftədə başlayacağını təsdiq edirlər.
 

Google+ WhatsApp ok.ru