Britaniyalı siyasətçi: `Səudiyyənin Yəmənə qarşı qəddar müharibəsi qarşısında susmaq olmaz` 29 Sentyabr 2017 01:00 Yəmən Böyük Britaniyada Leyboristlərin ənənəvi konfransında müxalifət lideri Ceremi Korbin Londonun Yəmən müharibəsində Səudiyyə Ərəbistanına dəstəyini kəskin tənqid edib. "Səudiyyə Ərəbistanının Yəməndə qəddar aqresiyası qarşısında susqunluğu saxlamaq olmaz", - deyə o, bildirib. Korbin həmçinin əlavə edib ki, Böyük Britaniya Səudiyyə Ərəbistanını Yəmənlə müharibənin davamı üçün silahla təchiz etməli deyil. "Bu gün terrorizm bütün dünyada çox yayılıb və Qərb hökumətlərinin onları formalaşmasında köməyi danılmaz faktdır", - deyə o, bəyan edib. Bundan başqa Korbin fələstinlilərə qarşı repressiyalarının qarşısının alınması üçün ciddi dəstək tələb edib, həmçinin vurğulayığb ki, Bəhreyn və Misirdə insan haqlarının pozulmasına göz yummaq olmaz.(faktxeber) / Teqlər : #Britaniyalı siyasətçi: `Səudiyyənin Yəmənə qarşı qəddar müharibəsi qarşısında susmaq olmaz`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu ölkədə 1 milyon insan vəbaya yoluxacaq Yəməndə ABŞ-a məxsus pilotsuz uçan aparat vurulub - VİDEO
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'