Britaniyalı siyasətçi: `Səudiyyənin Yəmənə qarşı qəddar müharibəsi qarşısında susmaq olmaz`

Britaniyalı siyasətçi: `Səudiyyənin Yəmənə qarşı qəddar müharibəsi qarşısında susmaq olmaz`

Böyük Britaniyada Leyboristlərin ənənəvi konfransında müxalifət lideri Ceremi Korbin Londonun Yəmən müharibəsində Səudiyyə Ərəbistanına dəstəyini kəskin tənqid edib.
 
"Səudiyyə Ərəbistanının Yəməndə qəddar aqresiyası qarşısında susqunluğu saxlamaq olmaz", - deyə o, bildirib.
 
Korbin həmçinin əlavə edib ki, Böyük Britaniya Səudiyyə Ərəbistanını Yəmənlə müharibənin davamı üçün silahla təchiz etməli deyil.
 
"Bu gün terrorizm bütün dünyada çox yayılıb və Qərb hökumətlərinin onları formalaşmasında köməyi danılmaz faktdır", - deyə o, bəyan edib.
 
Bundan başqa Korbin fələstinlilərə qarşı repressiyalarının qarşısının alınması üçün ciddi dəstək tələb edib, həmçinin vurğulayığb ki, Bəhreyn  və Misirdə  insan haqlarının pozulmasına göz yummaq olmaz.(faktxeber) /

Google+ WhatsApp ok.ru