Britaniyanın müdafiə naziri istefa verdi

Britaniyanın müdafiə naziri istefa verdi

-- Bu qərara onun barəsində yayılan qalmaqal səbəb olub

Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon tutduğu postdan istefa verib. O, bu qərara barəsində yayılan seks qalmaqalından sonra gəlib. 
 
Maykl Fellonun 15 il əvvəl Konservatorlar Partiyasının keçirdiyi konfrans zamanı jurnalist Culiya Hartli-Bruyerin dizini toxunub. Britaniyalı nazirin etdiyi bu hərəkət yerli mediada gündəmə gətirildikdən sonra Fellon təzyiqlıərə tab gətirməyərək istefa vermək qərarına gəlib. 
 
"Silahlı Qüvvələrdən ən yüksək standartlar gözlənilir. Mən müdafiə naziri kimi xidmətimi davam etdirməyi düzgün hesab etmirəm. Çünki mən keçmişdə bu standartların aşağı olmuşam",-deyə istefa vermiş britaniyalı nazir bildirib.

Google+ WhatsApp ok.ru