Brüsseldə insanlar metroya minməyə qorxur

Belçikanın paytaxtı Brüsseldə hava limanı və bir metro stansiyasına doğru hücumlardan sonra polis və əsgərlər bütün şəhərdə təhlükəsizlik tədbirlərini artırıb. Bütün ölkədə terror həyəcanı səviyyəsinin ən yüksək olan 4-ə qaldırılması ilə yanaşı, bir çox tədbirlər ləğv edilib.
 
Maide.az xəbər verir ki, polisin hadisə yerlərindəki işləri isə davam edir. Maalbeek metro stansiyasına gedən yollar maşın və piyadaya bağlanıb. Brüssel aeroportu isə hələ də bağlıdır.
 
Hücumların şoku küçələrə də əks olunub. Metroda işlər yenidən başlasa da, sərnişinlər yoxlanılaraq stansiyalara buraxılır. Adətən ictimai nəqliyyatdan istifadə edən bəzi şəhər sakinlərinin isə piyada və ya velosipedlə işə getməyə üstünük verdiyi bildirilir.
 
Maalbeek metro stansiyasından 500 metr məsafədə yerləşən AB Komissiyası bu gün yenidən açılıb.
 
AB Komissiyasının əməkdaşlarından biri açıqlamasında, "Çox təəssüf. Əslində yalnız iki gün öncə Brüsselə gəldim. Belə şeylər olduğunu görmək çox təəssüf vericidir. Belə bir terror hücumu mənə çox təsir etdi. Heç kəs metroya minmir, yeriyirlər və ya velosipedə minirlər. İnsanlar bir-birinə kömək edir, amma Brüssel və Avropa üçün çox təəssüf verici bir gündür", - deyib.

Google+ WhatsApp ok.ru