Brüssel Ulu Məscidi Səudiyyənin əlindən alındl

Brüssel Ulu Məscidi Səudiyyənin əlindən alındl

-- İfratçılığı təbliğ etdiyi üçün

Belçikanın paytaxtı Brüsseldəki Ulu Məscidin idarəetməsi Səudiyyə Ərəbistanından alınıb.
 
Maide.Az xəbər verir ki, məscidə nəzarət bundan sonra Belçika İslam Koordinasiya Qurumu tərəfindın həyata keçiriləcək.
 
Xatırladaq ki, məscid 1967-ci ildə enerji müqaviləsi əsasında 99 il müddətinə S.Ərəbistanına verilmişdi.
 
Belçika daxili işlər naziri Jan Jambon bildirib ki, həmin müqavilə ləğv edilib.
 
O, Belçikada İslam təhsilində əcnəbi ölkələrin təsirini azaltmaq istədiklərini deyib: "Bununla biz sələfilik və şiddəti təbliğ edən radikallıqla mübarizə aparırıq".
 
Qeyd edək ki, ötən il məscidin sələfi imamının vizası ləğv edilmişdi.

Google+ WhatsApp ok.ru