İbtidai siniflərdə müəllimlər tez-tez dəyişir - Valideynlər Narahatdır(VİDEO)

İbtidai siniflərdə müəllimlər tez-tez dəyişir - Valideynlər Narahatdır(VİDEO)

1-ci sinifdə bir müəllim, 2-ci sinifdə başqası. 3-cü sinifdə kimin dərs deyəcəyi isə məlum deyil. İbtidai sinif müəllimlərinin hər il dəyişməsi valideynləri narahat edir.
 
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov isə deyir ki, belə hallar nadir hallarda rus bölmələrində baş verir. Çünki 1-ci sinfə qəbul zamanı uşaq çox olduqda əlavə sinif açılır və müəllim çatışmazlığı yaşanır. Bu zaman keçid balını toplamış namizəd olmadıqda, başqa namizədlə 1 illik müqavilə bağlanır.
 
Müsabiqə zamanı vakant yerə isə keçid balını toplamış müəllim seçilir və o daimi işləmək hüququ qazanır. Vakant yerə yenə keçid balını toplamış namizəd müraciət etməsə, əvvəlki 1 illik müəllimin təyinatı davam edir.
 
Təhsil eksperti Əjdər Ağayev qeyd edir ki, müəllimin ibtidai sinifdə tez-tez dəyişmə pedoqoji tələbin pozulmasıdır.
 
Ekspert qeyd edir ki, müəllimin tez-tez dəyişməsi bu münasibətlərin pozulması ilə yanaşı, uşaqların psixologiyasına da pis təsir edir.
 
 

Google+ WhatsApp ok.ru