Bütün avtobuslar kart sisteminə keçir: DƏQİQ TARİX

Bütün avtobuslar kart sisteminə keçir: DƏQİQ TARİX

“Bakı şəhərində bütün daşıyıcılar kartla ödəniş sisteminə keçəcək. Artıq bu işlərin tam başa çatması ilə bağlı vaxt da müəyyən edilib”.
 
Maide.Az xəbər verir ki, Bunu Publika.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.
 
Onun sözlərinə görə, növbəti 18 ay ərzində bu işlərin başa çatdırılması gözlənilir: “165 marşrut xətti və 2010 avtobusun 70-80%-də növbəti bir il yarım müddətində nağdsız ödəniş tətbiq ediləcək”.
 
N.Allahyarova bildirib ki, kartla ödəniş sistemi dayanacaqdan kənarda saxlamaq, sürət həddinin aşılması, hər addım başı saxlamaq kimi problemləri həll edəcək: “Çünki hazırkı durumda sürücülər planla işlədiyinə görə bu hallara yol verirlər. Kart sisteminə keçəndən sonra bu problemlər öz həllini tapacaq”.
 
Qeyd edək ki, hazırda “Baku Bus” avtobusları ilə yanaşı,  61, 65, 85, 79, 96 və 18 nömrəli marşrut xətlərində kartla ödəniş sistemi tətbiq edilir.
 

Google+ WhatsApp ok.ru