Bütün dünyanın maraqla gözlədiyi yeni telefonun ilk fotosu yayıldı

Dünyanın məşhur texnologiya nəhəngi “Samsung”un yeni mobil telefonu “Samsung Galaxy S6 Edge Plus”un fotosu internetdə yayıldı.

Maide.az xəbər verir ki, qarşıdakı həftələrdə təqdim edilməsi gözlənilən yeni model haqqında ilk təəssüratları oyadan foto internetə sızıb.

Ekranı S6-ya nisbətən daha da böyüdülən yeni modelin müəyyən hissələri qara rəngə boyanıb. Daha öncə verilən məlumatlara görə, yeni modelin ekranı 5,5 inç Super AMOLED olacaq.

Digər funksiyalar barədə isə hələlik heç bir məlumat verilməyib./

Google+ WhatsApp ok.ru