Bütün hacılar noyabrın 8-dək Səudiyyə Ərəbistanını tərk etməlidirlər

Səudiyyə Ərəbistanının Həcc nazirliyi xəbərdarlıq edib ki, bütün hacılar ölkəni noyabrın 8-dək tərk etməsələr xarici zəvvarları yüksək cərimələr, şəxsi hesablarına deportasiya və krallığa 1 il ərzində gələ bilməmək cəzaları gözləyir.

Maide.az-ın məlumatına görə,nazirliyin mətbuat katibi Hatem Qadi bildirib ki, müəyyən olunmuş müddətdən daha artıq qalan zəvvarları gizlədən insanlar da ciddi cərimə olunacaq.
O, qeyd edib ki, 1 300 000 zəvvar krallığı artıq tərk etdiyi halda, hal hazırda Məkkə və Mədinədə 40 000 malayziyalı və hindistanlı zəvvar var.
Səudiyyə Ərəbistanı Pasport idarəsinin mətbuat katibi Əhməd Luhayban aydınlıq gətirib ki, krallığı hələ də tərk etməyən xarici zəvvarlar 15 000 səud realı məbləğində cərimə olunacaqlar və departasiyaları öz pullarına həyata keçiriləcək.  //

 

Google+ WhatsApp ok.ru