Bütün parollara daxil olmaq artıq mümkündür

Bütün parollara daxil olmaq artıq mümkündür

“Enpass” şirkəti kompakt “Enpass Portable” USB daşıyıcı qurğusunu nümayiş etdirib.
 
XəzərXəbər “4PDA” saytına istinadən xəbər verir ki, yeni qurğu kompyuterə qoşularaq avtorizasiyadan keçməklə bir neçə saniyə ərzində bütün parollara daxil olmağa imkan verəcək. Əlavə proqram təminatının quraşdırılmasını tələb etməyən həlli inzibatçı hüququ olmadan kompyuterlərdə işə salmaq mümkündür.
 
“Enpass Portable”dan ödənişli lisenziyanın mövcudluğundan asılı olmayaraq bütün istifadəçilər yararlana biləcək. Hazırda beta test mərhələsində olan qurğudan qeydiyyatdan keçməklə rəsmi təqdimatdan əvvəl sınaqdan keçirmək olar.
 

Google+ WhatsApp ok.ru