Bütün polis rəisləri DİN-ə çağırıldı

Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) geniş kollegiya iclası keçirilir. Bu gün respublikanın bütün şəhər və rayonları üzrə idarə və bölmə rəisləri nazirliyə toplaşıb.
 
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun sədrliyi ilə keçirilən kollegiya iclası 2014-cü ilin birinci yarısının yekunlarına və qarşıdan duran vəzifələrə həsr olunub. 
 
Kollegiyada həmçinin cinayətkarlıqla mübarizə, axtarışda olanların tutulması, tədqiqatda olan cinayət işləri ilə də bağlı müzakirələr aparılacaq. apa

Google+ WhatsApp ok.ru