Bu avtobuslarda kameralar quraşdırıldı 18 Yanvar 2017 02:00 Ölkə Azərbaycanın "Xaliq Faiqoğlu" nəqliyyat şirkəti Bakıda 6 marşrut üzrə sərnişindaşımanı həyata keçirən avtobuslarda müşahidə kameralarının quraşdırılmasını başa çatdırıb. Bildirilib ki, müşahidə kameraları "BakıKart" kartlarından istifadə etməklə nağdsız ödəniş sisteminin tətbiq olunduğu 130 avtobusda - 61, 65, 85, 79, 96 və 18 saylı marşrut xətləri üzrə hərəkət edən avtobuslarda quraşdırılıb. Kameralar bundan əvvəl hüquq-mühafizə orqanlarından şirkətə daxil olmuş müraciətə uyğun olaraq quraşdırılıb. Burada məqsəd vətəndaşların təhlükəsizliyini təmin etməkdir. Şirkətdən digər avtobuslarda da nağdsız ödəniş sisteminin tətbiq olunacağını istisna etməyiblər. Qeyd edək ki, 300 avtobusdan çox nəqliyyat parkına malik "Xaliq Faiqoğlu" şirkəti Bakıda 13 marşrut üzrə sərnişindaşıma xidməti göstərir.(faktxeber) Teqlər : #Bu avtobuslarda kameralar quraşdırıldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qəsəbə sakinləri Bakı – Astara yolunu bağladı 10 minə yaxın şagird `Ana Dili` fənnindən sıfır bal toplayıb