Bu  bitki ekstraktı insultdan sonra beyinin bərpasına kömək edə bilər

Bu bitki ekstraktı insultdan sonra beyinin bərpasına kömək edə bilər

-- İnsult keçirmiş 330 xəstədə sınaq olunub

Keçirilmiş tədqiqatın nəticələrinə əsasən, populyar ikiayalı ginkqo bitki ekstraktı insultdan sonra beyinin bərpasına kömək edə bilər.
 
Bu bitki ekstraktından Çində yaddaşın yaxşılaşması və depressiyaya qarşı istifadə olunur.
 
Çində 6 ay ərzində bu dərman insult keçirmiş 330 xəstəyə verilib, nəticədə, onların dərketmə qabiliyyəti yaxşılaşıb.
 
Expertlər isə ginkqonun dərman kimi həmin xəstələrə məsləhət görülməsi üçün əsasın hələ kifayət qədər sübut olunmadığını bildirib.
 
Tədqiqatın nəticələri Stroke & Vascular Neurology tibb jurnalında dərc olunub.
 
Məqalə müəllifləri etiraf edib ki, ilkin nəticələrin təsdiqi üçün genişmiqyaslı, daha uzun müddət üçün nəzərdə tutulmuş və daha dəqiq tədqiqatların keçirilməsinə ehtiyac var.
 
Tədqiqatı Çindəki Nankin Universitetinin Tibbi Məktəbi beş hospitalın pasientləri üzərində aparıb.
 
330 pasiyentin hamısı insult keçirən yaşlı adamlar olub, həmin qrupun ortalama yaşı 64-ə yaxın olub.
 
Qrupun yarısına insult baş verəndən bir neçə gün sonra gündə 100 mq aspirinlə yanaşı 450 mq ikiayalı ginkqo da verilib, qrupun qalan yarısına isə yalnız aspirin verilib.
 
İnsult zamanı beyinin qan təchizatı pozulur, nəticədə, yaddaş da pozulur, insanın düşünmə və qərar vermək qabiliyyəti zəifləyir.
 
Hevyanlar üzərində keçirilmiş yoxlamalar göstərib ki, bu dərman beyini sinir hüceyrələrinin ölümündən və tromb yaranmasından qoruya bilir.
 
Neyrofizioloji testlərin nəticələri göstərib ki, aspirin və ikiyalı ginkqo dərmanını qəbul edənlərin dərketmə və düşüncə qabiliyyəti və yaddaşı yalnız aspirin qəbul edənlərin eyni keyfiyyətlərindən daha yüksək olub.
 
İkiayalı ginkqo, bitki kimi həyatanı indiyədək davam edən, ən qədim ağaç növlərindən biridir.
 
Həkimlərin sözlərinə görə, tədqiqat zamanı istifadə olunmuş preparatın tərkibində əvvəlki araşdırmalarla müqayisədə kimyəvi əlavələr minimal miqdarda olub, dərmandan yaranan fəsadlar da məhdud sayda olub.(bbc)
 

Google+ WhatsApp ok.ru