Bu gün Şeyx Sərdar Hacıhəsənlinin  məhkəməsi keçiriləcək

Bu gün Şeyx Sərdar Hacıhəsənlinin məhkəməsi keçiriləcək

Bu gün (sentyabrın 25-də) Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, ruhani Şeyx Sərdar Hacıhəsənlinin (Babayev) 3 il müddətinə məhkum edilməsinə dair Masallı rayon Məhkəməsinin hökmündən verilmiş apelyasiya şikayətinə baxılacaq. 

 
Maide.Az xəbər verir ki, məhkəmə baxışı sentyabr ayının 25 -də saat 09:30-da Şirvan şəhər Apellyasiya Məhkəməsində baş tutacaq.
 
Qeyd edək ki,  Şeyx Sərdar Hacıhəsənlinin  3 il müddətinə məhkum edilməsinə dair Masallı rayon Məhkəməsinin hökmündən verilmiş apelyasiya şikayətinə ilk məhkəmə baxışı sentyabr ayının 11-də Şirvan şəhər Apellyasiya Məhkəməsində  baş tutdu. Məhkəmə zamanı bir sıra vəsatətlər verildi. Vəsatətlər təmin olunmadı. Nöbəti məhkəmə sentyabrın 25-nə təyin olundu.
 
Xatırladaq  ki, ruhani Sərdar Hacıhəsənli Masallı rayonunun məscidində namaz qıldığına və dini söhbətlər etdiyinə görə rayonun icra başçısı onun bardədə polisə şikayət edib. Şikayət əsasında ona cinayət işi açılıb və barəsində həbs qətimkan tədbiri seçilib. 
 
İyul ayının 3-də Masallı Rayon Məhkəməsində Anar Almuradlının sədrliyi ilə keçirilən prosesdə Şeyx Sərdara hökm oxunub. Məhkəmənin qərarı ilə Şeyx Sərdar Hacıhəsənli 3 il müddətinə azadlıqdan məhrum edilib.

 

Google+ WhatsApp ok.ru