Bu gün Afrika Millətlər Kubokuna start veriləcək

Bu gün Afrika Millətlər Kubokuna start veriləcək

Bu gün Afrika Millətlər Kuboku – 2017-yə start veriləcək.
 
Maide.Az-ın verdiyi məlumata görə, qitənin ən böyük turnirlərindən sayılan yarışda 16 komanda mübarizə aparacaq.
 
Qabonda baş tutacaq və fevralın 5-nə qədər davam edəcək turnirdə komandalar 4 qrup üzrə yarışacaq. Qrupları ilk iki sırada tamamlayacaq yığmalar adlarını 1/4 finala yazdıracaq.
 
Bir neçə tanınmış sima turnirdə iştirakdan imtina etsə də, ulduz futbolçuların əksəriyyəti millisinin formasını geyinəcək. Onlar arasında Afrikada ötən ilin ən yaxşı futbolçusu seçilən Riyad Mahrez, həmçinin Pyerr-Emerik Obameyanq, Mohamed Salah və Sadio Manenin adı xüsusi diqqət çəkir. Maraq doğuran digər məqam son çempion Fil Dişi Sahili yığmasının həmin uğurunda önəmli pay sahibi olmuş Herve Renardın bu dəfə Misir millisinin “sükanı arxası”nda olmasıdı.
 
Yarışın əsas favoriti bir neçə ulduz futbolçusu olan Əlcəzair yığması hesab edilir. Onlara əsas rəqib kimi isə Qana, Fil Dişi Sahili, Seneqal və Kamerun göstərilir.
 
Turnirin final matçı fevralın 5-də Qabonun paytaxtı Librevill şəhərində yerləşən “De Lamitie Sino” stadionunda keçiriləcək.
 
 
Qrupların tərkibi
A qrupu: Qabon, Burkina Faso, Kamerun, Qvinea-Bissau
B qrupu: Əlcəzair, Tunis, Seneqal, Zimbabve
C qrupu: Fil Dişi Sahili, Konqo DR, Mərakeş, Toqo
D qrupu: Qana, Mali, Misir, Uqanda
 
 
Təvqim
Qrup mərhələsi
14 yanvar
20:00. Qabon – Qvinea-Bissau
23:00. Burkina Faso – Kamerun
 
15 yanvar
20:00. Əlcəzair – Zimbabve
23:00. Tunis – Seneqal
 
16 yanvar
20:00. Fil Dişi Sahili – Toqo
23:00. Konqo DR – Mərakeş
 
17 yanvar
20:00. Qana – Uqanda
23:00. Mali - Misir
 
18 yanvar
20:00. Qabon – Burkina Faso
23:00. Kamerun – Qvinea-Bissau
 
19 yanvar
20:00. Əlcəzair – Tunis
23:00. Seneqal – Zimbabve
 
20 yanvar
20:00. Fil Dişi Sahili – Konqo DR
23:00. Mərakeş – Toqo
 
21 yanvar
20:00. Qana – Mali
23:00. Misir - Uqanda
 
22 yanvar
23:00. Kamerun – Qabon
23:00. Qvinea-Bissau – Burkina Faso
 
23 yanvar
23:00. Seneqal – Əlcəzair
23:00. Zimbabve – Tunis
 
24 yanvar
23:00. Mərakeş - Fil Dişi Sahili
23:00. Toqo – Konqo DR
 
25 yanvar
23:00. Misir – Qana
23:00. Uqanda – Mali
 
1/4 final mərhələsi
28 yanvar
1. 20:00. A qrupunun 1-cisi – B qrupunun 2-cisi
2. 23:00. B qrupunun 1-cisi – A qrupunun 2-cisi
 
29 yanvar
3. 20:00. C qrupunun 1-cisi – D qrupunun 2-cisi
4. 23:00. D qrupunun 1-cisi – C qrupunun 2-cisi
 
Yarımfinal mərhələsi
1 fevral
5. 23:00. 1-ci cütün qalibi – 4-cü cütün qalibi
 
2 fevral
6. 23:00. 2-ci cütün qalibi – 3-cü cütün qalibi
 
3-cü yer uğrunda
4 fevral
7. 23:00. 5 və 6-cı cütlərin məğlubları
 
FİNAL
5 fevral
8. 23:00. 5 və 6-cı cütlərin qalibləri
 
Qeyd: oyunların başlama saatları Bakı vaxtı ilə göstərilib. (apa) /

Google+ WhatsApp ok.ru