Bu gün Mövsüm Səmədovun Qobustana göndərilməsi ilə bağlı sonuncu məhkəməsi keçiriləcək

Bu gün Mövsüm Səmədovun Qobustana göndərilməsi ilə bağlı sonuncu məhkəməsi keçiriləcək

AİP liderinin məhkəmə prosesi bu günə təyin olunub.
 
Ötən həftə AİP lideri Doktor Mövsüm səmədovun Qobustan qapalı tipli təcridxanasına göndərilməsi ilə bağlı məhkəmə prosesinin keçiriləcəyi haqda xəbər vermişdik.  
 
Maide.Az xəbər verir ki, dövlət ittihamçısı həmin məhkəmə prosesində doktor Səmədova 3 il cəza istəsə də, hakim prosesi təxirə salmışdı. Belə ki, 9 iyun tarixinə təyin edilən məhkəmə prosesinin vaxtının dəyişdirilərək, bu gün saat 15:00-a keçirildiyi məlum olub.  
 
Qeyd edək ki, proses Qaradağ rayon məhkəməsində keçiriləcək.  
 
Məlumat üçün bildirək ki, AİP liderinə qarşı bu cür təzyiqlər hər dəfə təkrar olunur. Doktor Səmədov varikoz xəstəliyindən əziyyət çəkir və səhhətindəki problemlər onun qapalı tipli müəssisədə cəza çəkməsinə imkan verir. (islaminsesi)

Google+ WhatsApp ok.ru