Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları start götürəcək 31 İyul 2018 01:00 İdman Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları start götürəcək. Maide.Az bildirir ki, "Report"un məlumatına görə, ilk oyun günündə üç qarşılaşma keçiriləcək. Səfərdə rəqibinə 1:0 hesabı ilə məğlub olan Moldova "Şerif"i evdə Makedoniya "Şkendiya"sını sınağa çəkəcək. İlk oyunda İsrailin "Hapoel" komandasını 5 cavabsız qolla üstələyən Xorvatiya "Dinamo"su möcüzə baş verməsə, növbəti mərhələyə vəsiqə qazanacaq. Günün son oyununda isə Slovakiya "Spartak"ı ilə Polşanın "Legiya" komandası qarşılaşacaq. Qeyd edək ki, ilk matçda səfərdə Albaniya "Kukesi"si ilə qolsuz heç-heçə edən "Qarabağ" II təsnifat mərhələsinin cavab oyununa avqustun 1-i çıxacaq. Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək. Çempionlar Liqası, II təsnifat mərhələsi Cavab oyunları 31 iyul 21:00 "Şerif" (Moldova) - "Şkendiya" (Makedoniya) İlk oyun - 0:1 21:00 "Hapoel" (Beer-Şeva, İsrail) - "Dinamo" (Zaqreb, Xorvatiya) İlk oyun - 0:5 22:30 "Spartak" (Trnava, Slovakiya) - "Legiya" (Varşava, Polşa) İlk oyun - 2:0 Teqlər : #Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları start götürəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ronaldonun Yuventusa transferi Fiat zavodunun işçilərini hiddətləndirib - Tətil elan ediblər “Liverpul” Salahı polisə təslim etdi