Bu güzgü yalnız  gülmədiyinizdə sizi göstərir – SEHİRLİ DEYİL bəlkə... VİDEO

Bu güzgü yalnız gülmədiyinizdə sizi göstərir – SEHİRLİ DEYİL bəlkə... VİDEO

-- Xüsusilə xərçəng xəstələri üçün nəzərdə tutulmuş güzgü, istifadəçinin üzünü yalnız gülümsəyəndə göstərir

Xüsusilə xərçəng xəstələri üçün nəzərdə tutulmuş yeni və yüksək texnologiya ilə dizayn edilmiş güzgü, istifadəçinin üzünü  yalnız gülümsəyəndə göstərəcək. 
 
Maide.Az  beynəlxalq KİV-lərə istiandən xəbər verir ki, yaxından  bir planşetə bənzəyən plug-in cihazı, aynaya, quraşdırılıb. Bu güzgü  kamera və uyğun proqram təminatı ilə tünd olunan qeyri-şəffaf bir smart materiala malikdir. Üz tanıma texnologiyası ilə gülümsəməni  aşkar  edir, güzgünün səthini dəyişir və qarşısında duran şəxsin üzünü göstərir. 
 
Həm divara asmaq, həm də güzgü kimi stolda qoymaq olar. Ancaq digər güzgülərdən fərqli olaraq, qiyməti  2000 $ - 3000 dollar  arasında dəyişir.
 
Qeyd edək ki,  Xərçəng xəstəliyindən əziyyət çəkən bir ailə üzvünün  çətinliklərini müşahidə etdikdən sonra, Türkiyə sənaye dizayeri Berk İlhan diqqətini əsasən sevinc və xərçəng xəstələrinə fayda gətirəcək məhsullara yönəltməyə qərar verib. 
 
"O, diaqnozdan sonra ilk günlərdə mənə dedi ki, güzgüyə baxması və xərçəng olduğunu qəbul etməsi çətindir. Üz ifadələrimiz hisslərimizə təsir edir. Sifət cizgilərimiz gülümsəyərək bükülürsə, beynimiz yaxşı bir şeyin olduğunu düşünür və bunun nəticəsində xoşbəxtlik hiss edirik " - deyə B. İlhan öz kəşfini əsaslandırıb. O, iki ildir ki, güzgünü dizayn və inkişaf etdirir. 
 
Mütəxəssislər hesab edir ki, hətta məcburi olsa belə, gülüş bizim özümüzü daha yaxşı hiss etməyimizə səbəb olur. Bu vasitəsinin immun sistemini möhkəmləndirdiyi üçün insan artıra biləcəyini iddia edən mütəxəssislər də var. 
 
İlhan hazırda bu güzgünü sifariş əsasında hazırlayır. Lakin tezliklə kickstarter kampaniyasına başlamaq və ilkin qiyməti 500 dollara qədər endirmək niyyətindədir. O, həmçinin maliyyə cəhətdən mümkün olduğu təqdirdə xəstəxanalara sözügedən güzgüdən bağışlamağı planlaşdırır.
 
 

Google+ WhatsApp ok.ru