Bu heykəl deyil, təbii kondisionerdir

Bu heykəl deyil, təbii kondisionerdir

Əgər evinizdə həm bir sənət əsəri, həm də heç elektrik xərcləməyən bir kondisioner istəsəniz, orijinal dizayn sizə kəmək edər.
 
Hindistanın dəhşətli istiləri ilə yola getməyin ən yaxşı yolu kondisioner istifadə etməkdir. Bəs əgər bir hindlinin kondisioner alacaq pulu yoxdursa, və ya artacaq elektrik enerjisini ödəyə bilmirsə, nə edə bilər?
 
Yeni Dehli mənşəli dizayn studiyası "And Studio" bu vəziyyətlər üçün çox maraqlı bir həll təklif edib. Nəhəng bir arı yuvasına bənzəyən bu obyekt, gerçəkdə sıfır elektrik istifadə edən yüksək texnologiya məhsulu bir kondisionerdir.
 
Bu təbii kondisionerin xüsusiyyətləri bunlardır: quruluşun üzərinə su boşaldıldığı zaman, buxarlaşma sayəsində bir tərəfdən girən isti hava o biri tərəfə soyuyaraq çıxır.
 
Quruluşun ana vahidləri olan dəlikli radiator parçaları, əslində sobada sərtləşdirilmiş xüsusi dizaynlı bir kərpicdir. Bu yumru və qısa kərpiclər uclarında dəyişən genişliklərə sahibdirlər. Kərpiclərin dizaynı kompyuterdə simulyasiyalar sayəsində optimizə edilmiş və müasir kalibrasiya texnikaları nəticəsində forma verilmişdir.
 
Verilən məlumata görə bu kondisioner quruluşunu ilk prototipi 50 dərəcəlik istiliklərdə havanı 36 dərəcə ətrafına endirməyi bacarır. Yalnız özünü deyil, ətrafındakı havanı da 42 dərəcəyə qədər salmaq bacarığına sahibdir. Üzərindən axan sular yalnız soyutma funksiyasını görməyə yaramır, eyni zamanda su səsi və quruluşun ümumi forması ilə bir sənət əsərini də xatırlatmaqdadır. Quruluşdan axan su alt tərəfdəki kiçik göldə yığılır və təkrar istifadə edilə bilir. Bu kondisionerin funksiya görməsi üçün gün boyunca 2-3 dəfə üstündən su tökmək kifayətdir. (deyerler) /

Google+ WhatsApp ok.ru