Bu il Azərbaycanda fövqəladə hadisələr zamanı 83 nəfər ölüb, 159 nəfər xəsarət alıb

Bu il Azərbaycanda fövqəladə hadisələr zamanı 83 nəfər ölüb, 159 nəfər xəsarət alıb

2017-cı ilin I yarısında Azərbaycanda baş verən fövqəladə hadisələrin statistikası açıqlanıb.
 
Maide.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bu ilin birinci yarısında baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 5244 çıxış edilib.
 
Yanğın hadisələri zamanı 35 nəfər ölüb, 98 nəfər xəsarət alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından ölənlər üzrə 94 faiz və ya 17 nəfər, xəsarət alanlar üzrə 72 faiz və ya 41 nəfər çoxdur.
 
2017-cı ilin I yarımilliyi ərzində respublika ərazisində 5368 təbii və texnogen mənşəli hadisə baş verib. Bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 251 hadisə və ya 5 faiz çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 48 nəfər həlak olub, 161 nəfər xəsarət alıb.
 
Nazirliyin xilasediciləri tərəfindən 67 nəfər xilas edilib, 649 nəfər təxliyə olunub. /

Google+ WhatsApp ok.ru