Bu il Azərbaycanın orta məktəblərində 1 445 049 şagird təhsil alacaq

Bu il Azərbaycanın orta məktəblərində 1 445 049 şagird təhsil alacaq

Bir çox saytlarda dərslərin 18 sentyabrda başlanacağı ilə bağlı yanlış xəbərlər yer alır. Ölkəmizdə hər il olduğu kimi "Bilik günü" sentyabrın 15-də qeyd ediləcək”.
 
“Report”un xəbərinə görə, bunu Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov bildirib.
 
O qeyd edib ki, bu il orta məktəblərə bütün siniflər üzrə 1 445 049 şagird gedəcək.
 
Həmçinin, 2017/2018-ci tədris ilində ölkə üzrə 164 945 nəfər şagird I sinfə gedəcək. Ötən illə müqayisədə I sinifə gedən şagirdlərin sayında artım var. Belə ki, 2016/2017-ci tədris ilində birinci 164 033 nəfər şagird ilk dəfə məktəbə qədəm qoymuşdu.
 

Google+ WhatsApp ok.ru