Bu ilin əvvəlindən 100 mindən çox əfqan köçkünə çevrilib 23 May 2018 01:00 Dünya -- 2017-ci ildə isə... BMT bildirir ki, bu ilin əvvəllərindən münaqişə və təbii fəlakətlərə görə Əfqanıstanda 108 min nəfər didərgin düşüb. BMT-nin Humanitar İşlərin Koordinasiyası Ofisinin mayın 22-də verdiyi məlumatda deyilir ki, yanvarın 1-dən mayın 13-dək Əfqanıstanda 108 min 440 nəfər evlərini tərk etməli olub. Ən böyük köç ölkənin şərqindəki Qəzni şəhərində baş verib. Orada 10 min nəfər köçkünə çevrilib. Onun ardınca şimaldakı Bağlan şəhəri gəlir. Buranı 4 min nəfər tərk edib. Mayın 15-də Talibanın Farah şəhərini tutması nəticəsində daha 10 min nəfər köçkünə çevrilib. Ümulikdə isə 2017-ci ildə Əfqanıstanda 445 min nəfər didərgin düşüb. Son həftələrdə Taliban hökumət mövqeləri, habelə inzibati mərkəzlər üzərinə hücumlarını fəallaşdırıb. Bu ölkənin hərbiyyəsi eyni vaxtda həm Talibana, həm də İslam Dövləti ekstremist təşkilatına qarşı mübarizə aparır. Fevral ayında prezident Ashraf Ghani Talibanla hərtərəfli sülh planı təklif edib. Hazırda Əfqanıstanın 440 rayonunda Taliban ərazinin 14 faizinə tam nəzarət edir.(azadliq.org) Teqlər : #Bu ilin əvvəlindən 100 mindən çox əfqan köçkünə çevrilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Parisdə qanlı etiraz: Makrona etiraz edənlər döyüldü - VİDEO İngiltərə parlamentindən hökumətə çağırış: “Myanmaya sanksiya tətbiq edin”
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO