Bu məhsulları almayın – Qadağa bu gün qüvvəyə minir 24 Sentyabr 2018 01:00 Ölkə Bu gündən etibarən mağazalarda “Ozmo”, “Eti”, “Puf”, “Popkek limon”, “Popkek banan”, “Şölen”, “Tutku”, “Oqopoqo”, “Monte Lemo”, şirniyyatları, “Banduel” qorox qida məhsulları satılmayacaq. Maide.Az "Axar.az"a istinadla xəbər verir ki, bu məhsulların mağazalardan yığışdırılmasına səbəb onlarda insan sağlamlığı üçün bakteriyaların aşkarlanması olub. Adıçəkilən məhsullar ölkəyə idxal olunarkən müvafiq laboratoriyalarda müayinə olunub və sınaq nəticələrinə əsasən qeyd olunan məhsullarda bir sıra nöqsanlar – bakteriyalar aşkar edilib. Bu səbəbdən AQTA mağazalara 22 sentyabr tarixinə kimi vaxt vermişdi. İnsan orqanizmi üçün təhlükəli olan bu məhsullar sentyabrın 22-dək bütün ticarət şəbəkələrindən yığışdırılmalı idi. Teqlər : #Bu məhsulları almayın – Qadağa bu gün qüvvəyə minir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabah sel və daşqınlar ola bilər - XƏBƏRDARLIQ Sabaha olan hava proqnozu açıqlanıb