Bu xəstəliyin çarəsi ev qatığıdır

Bu xəstəliyin çarəsi ev qatığıdır

-- Orqanik təbii qatıqlara üstünlük verin

ABŞ-da iki ayrı tibb mərkəzində aparılan elmi tədqiqatda, bağırsaq mikroflorasını nizamlamaq üçün probiyotik bakteriyalardan xüsusilə  "Lactobacilli" tərkibli ev şəraitində hazırlanmış qatığın potensialı araşdırılıb. 
 
Maide.Az  "dunyabulteni"ə istinadən xəbər verir ki, araştırma aparmaq üçün, həssas bağırsaq diaqnozu qoyulan 189 xəstənin hər birinə hər gün 500 ml (təxminən 2 fincan) evdə hazırlanmış qatıq verilib. Simptomlar 6 ay içərisində izlənilib. 
 
Araştırmanın nəticəsində, həssas bağırsaq sindromu olan xəstələrin 89 faizində tamamilə rahatlama, xəstəliyin bütün simptomlarının yox olması və gündəlik bağırsaq fəaliyyətinin normallaşdığı müəyyən olunub.
 
Amerikada aparılan elmi tədqiqatın nəticələri də, hər gün ev şəraitində hazırlanmış qatıq istifadə edənlərdə həssas bağırsaq xəstəliyinin azaldığını göstərib. 189 xəstədən 169-da simptomların azaldığı və ya tamamilə yox olduğu bildirildi.
 
İstifadə etmək üçün şəkərsiz və qatqı maddələri qatılmamış qatıqlar seçilməlidir. Bəzi qatıqlarda şəkər yerinə kalorisiz süni dadlandırıcılardan istifadə edilir. Məhsulun etiketinə baxaraq tərkibində süni dadlandırıcı olmadığından əmin olun. Orqanik təbii qatıqlara üstünlük verin. Sertifikatlı orqanik qatıqlar daha keyfiyyətli süddən hazırlanır.

Google+ WhatsApp ok.ru