Bu yay dənizdə boğulanlarla bağlı şok: İki qardaş, azyaşlılar və s....

Bu yay dənizdə boğulanlarla bağlı şok: İki qardaş, azyaşlılar və s....

Ölkəmizdə ilin yay mövsümü həm də dənizdə boğulanların ölümü ilə yadda qalır. Ötən illərdə olduğu kimi, bu il də, təəssüf ki, dənizdə boğularaq dünyasını dəyişənlərin sayı az deyil. Ölənlər arasında xüsusilə azyaşlı uşaqların olması, ailələrin bir gündə iki övladını itirməsi ictimaiyyət üçün daha ağrılı oldu.
 
İki ay ərzində dənizdə boğulanların statistikanı təqdim edilirr.
 
Qeyd edək ki, statistika Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatlar əsasında hazırlanıb.
 
Bu arada vurğulayaq ki, iyun ayında dənizdə 3 nəfər boğulub. Onlardan ikisi qardaşdır. Belə ki, 2007-ci il təvəllüdlü Nihad Bayramov və qardaşı 2009-cu il təvəllüdlü Lətif Bayramov çimərkən boğulub.
 
Həmin ayın sonunda isə fotomodel Günel Mirzəyeva dostları ilə yaxtada dincələrkən dənizdə batıb.
 
İyul ayında ötən aya nisbətən ölümlər daha çox olub.
 
Ayın 1-də Hüseyn Rəhimov və onun dostu Səbinə Abıyeva çimərkən boğulub.
 
İyulun 2-də Xaçmazda 45 yaşlı naməlum kişinin cəsədi dənizdən tapılıb.
 
İyulun 3-də isə Mingəçevirdə dincələn iki polisin boğulması xəbəri gündəm oldu. Onlar 1993-cü il təvəllüdlü Qalib Novruzov və 1991-ci il təvəllüdlü Şahlar Mamayevdir.
 
İyulun 4-ü tarixi 4 nəfərin ölümü ilə yadda qaldı. Onlardan ikisi qardaşdır. Həmin şəxslər 1999-cu il təvəllüdlü Habil Quliyev və 1995-cı il təvəllüdlü Adil Quliyevdir. Füzuli Əhmədovun isə cəmi 12 yaşı var idi. 1971-ci il təvəllüdlü Rövşən Hüseynov da boğulanlar sırasındadır.
 
İyulun 5-də cəmi bir boğulma hadisəsi qeydə alınıb. Həmin şəxs 1996-cı il təvəllüdlü Orxan Məmmədovdur.
 
İyulun 8-də Saatlının Nərimankənd sakini Allahyarov Gülmusa dünyasını dəyişib.
 
İyulun 17-də isə ata və oğulun faciəsi baş verib. Hacıqabul sakinləri - ata Bəxtiyar Ağavəlizadə və oğlu Fərid Qəhrəmanov çimərkən boğulublar.
 
İyulun 20-də Sabirabad sakini Nizam Şirəliyev vəfat edib.
 
İyulun 24-də daha iki azyaşlı qardaş faciəli şəkildə ölüb. Onlar 12 yaşlı Zahid Əliyev və 9 yaşlı Amil Əliyevdir.
 
Bu ayın son boğulma xəbəri isə iyulun 25-də baş verib. Həmin şəxs 2000-ci il təvəllüdlü İdris İsmayılovdur. (qafqazinfo) /

Google+ WhatsApp ok.ru