Bu yollarda rəngləmə işləri aparılacaq

Bu yollarda rəngləmə işləri aparılacaq

"Azəravtoyol" ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yol-cizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.
 
Maide.Az xəbər verir ki, "Azəravtoyol" ASC-dən verilən məlumata görə, müvafiq işlər bu axşam saat 22:00-dan etibarən Nərimanov rayonu, Ağa Neymətulla küçəsində, Səbail rayonunun isə Azərbaycan prospekti və Şıxəli Qurbanov küçəsində aparılacaq. İşlərin səhər saatlarınadək yekunlaşdırılması nəzərdə tutulub.
 
"Azəravtoyol" ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir. /

Google+ WhatsApp ok.ru