Bu ölkədə imtahan zamanı internet kəsiləcək 22 İyun 2018 01:00 Dünya Əlcəzair hökuməti məktəblərdə imtahanlar zamanı internetdən köçürmə hallarının qarşısını almaq üçün ölkədə internet 1 saatlıq kəsəcək. Maide.az “ensonhaber.com”a istinadən xəbər verir ki, bu barədə Əlcəzairin təhsil naziri Nuriyə Benqabrit məlumat verib. Onun sözlərinə görə, 2016-cı ildə kütləvi surətdə köçürmə halları qeydə alınıb və eyni halın təkrarlanmaması üçün belə qərar alınıb. Bundan başqa, imtahanlar ərəfəsində Feysbuk sosial şəbəkəsinə girişə də qadağa qoyulacaq. Qeyd edək ki, Əlcəzairdə 700 minə yaxın şagird imtahana girəcək. Teqlər : #Bu ölkədə imtahan zamanı internet kəsiləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ-da Tramp əleyhinə aksiya keçirildi Bəhreyndə cümə namazı qadağası davam edir -FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO